Avant Green — Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi 16 ünvanında yerləşən, 1,5 hektar ərazini əhatə edən müasir yaşayış kompleksidir. Kompleks 3 yaşayış binasından ibarətdir. Ərazidə geniş yaşıllıq sahələri və müasir parklar, ailə və uşaqlar üçün açıq hava idman meydançaları, fitness və SPA mərkəzləri, geniş kommersiya sahələri nəzərdə tutulub. Sakinlərin təhlükəsizliyi 24 saat videomüşahidə və mühafizə xidməti ilə təmin olunur. Kompleksin əlverişli yerləşməsi şəhər nəqliyyatına və müxtəlif infrastruktur obyektlərinə rahat çıxış imkanı yaradır. Avant Green müasir memarlığı, geniş infrastrukturu və rahat yaşayış mühiti ilə seçilir.